İstanbulda fələstinli iş adamı qətlə yetirildi

İstanbulda fələstinli iş adamı qətlə yetirildi
KRİMİNAL
10:11 19.08.2024
919
Türkiyənin Kağıthane səmtində bir nəfər iki fələstinli iş adamının içində olduğu avtomobilə hücum edib.
 
AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, hücum nəticəsində əslən fələstinli olan iş adamı qətlə yetirilib, mühafizəçisi isə ağır yaralanıb.
 
Onlarla güllənin atıldığı hücum zamanı hadisə yeri araşdırma qrupları uzun müddət ətrafı və avtomobili araşdırıb. Araşdırma zamanı hadisə yerindən silah üçün səs boğucu qurğu, silah və çoxlu sayda boş patron aşkar edilib.

Polis hadisə yerindən qaçan şübhəlinin axtarışlarına başlayıb.
 
Aysel

OXŞAR XƏBƏRLƏR