İstanbulun Qayrettəpə məhəlləsində yerləşən gecə klubunda yanğın baş verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yanğında 15 nəfər həyatını itirib, 7-si ağır olmaqla 8 nəfər yaralanıb.
Yanğından dərhal sonra hadisə yerinə xeyli sayda yanğınsöndürən və tibbi briqadalar göndərilib.
Yaralılar təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.
Qeyd edək ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya da yanğınla bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
Mikayıl