İstanbulda gey-parad keçirildi

İstanbulda gey-parad keçirildi
DÜNYA
09:05 27.06.2016
1604

Bəzi aksiya üzvləri həbs olunublar.

Türkiyənin İstanbul şəhərində gey-parad keçirilib. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməli olub.

İstanbul şəhər rəhbərliyi öncədən paradın keçirilməsinə icazə verməyib. Qadağaya baxmayaraq aksiya iştirakçıları İstanbulun mərkəzində toplaşıb. Hüquq mühafizə orqanlarının 19-dan çox LGBT tərəfdarını həbs etdiyi bildirilib. Həbs edilənlər arasında Almaniya parlamentinin üzvü və 2 Almaniya vətəndaşının olduğu da deyilib.

Bundestaq üzvünün sözlərinə görə, aksiyaçılar heç bir qanun pozuntusuna yol verməyiblər. Həbs edilənlərinin bəziləri artıq buraxılıb.

Şəhər rəhbərliyi ötən həftə təhlükəsizlik tədbirlərini gücləndirdiyi üçün paradın keçirilməsinə razı olmayıb.

OXŞAR XƏBƏRLƏR