Dünyada böyük bir pərəstişkar kütləsi qazanan və çəkdiyi filmlərlə milyonlarla dollar qazanc əldə edən "Harry Potter" filminin "Sehirli Dükan" adlı mağazası 4-cü şöbəsini açmağa hazırlaşır.
AZXEBER.COM xəbər verir ki, hazırda dünyada cəmi üç ədəd şöbəsi olan bu mağazalardan dördüncüsü İstanbulda açılacaq.
Discovery ailəsi ilə birlikdə işləyən "Sehirli Dükan" dekabrın 16-da "Mall of İstanbul"da mağazasını açacaq.