İstanbulda baş verən zəlzələ ilə bağlı məktəblərdə 2 günlük tətil elan edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin milli təhsil naziri Yusuf Tekin açıqlayıb.
O, zəlzələ nəticəsində məktəblərə zərər dəyməsə də, iki məktəbin çöl hissəsində çatlar əmələ gəldiyini deyib.