İstanbulda “Odlar Yurdu Azərbaycan” adlı təqdimat keçirilib

İstanbulda “Odlar Yurdu Azərbaycan” adlı təqdimat keçirilib
SOSİAL
22:40 28.09.2017
1128
İslahatçı Gənclər" İctimai Birliyinin (İB) təşkilatçılığı ilə İstanbul Aydın Universitetində (İAU) xarici tələbələr üçün "Odlar Yurdu Azərbaycan” adlı təqdimat keçirilib.
 
AZXEBER.COm Report.az-a istinadən məlumatına görə, 30 ölkədən 50-dən çox xarici tələbənin qatıldığı təqdimatda Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, keçmişi və bu günü haqqında məlumat verilib, tələbələrin təqdimatında maraqlı sənədli filmlər nümayiş olunub. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən film nümayişi etdirilib.
 
Birliyin sədri Fərid Şahbazlı çıxışında bildirib ki, hazırda Türkiyədə təhsil alan 80 mindən artıq xarici tələbə həmçinin təmsil etdikləri ölkələrin könüllü elçiləridir: "Bu mənada biz xarici tələbələr arasında Azərbaycan həqiqətlərinin təbliğ edilməsinə, onlara ölkəmizin turizm potensialı haqqında məlumatların verilməsinə çalışmalıyıq. Belə təqdimatları Türkiyənin digər universitetlərində də təşkil etməyi planlaşdırırıq”.
 
İstanbul Aydın Universitetinin beynəlxalq əlaqələr üzrə direktoru Selman Aslanbaş Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə diqqət çəkərək Azərbaycanla bağlı çoxsaylı tədbirlərin keçirilməsində maraqlı olduqlarını ifadə edib.
 
Onun sözlərinə görə, hazırda İAU-da 200-dən artıq azərbaycanlı gənc təhsil alır və onlar ali təhsil müəssisəsinin nümunəvi tələbələridir: "Biz iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsində maraqlıyıq. Bu məqsədlə oktyabrın 5-dən 7-dək Bakıda keçiriləcək Beynəlxaq Təhsil Sərgisində Türkiyəni təmsil edəcəyik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi