İstanbulda prokuroru öldürənlərin görüntüləri - VIDEO

DÜNYA
01:07 03.04.2015
2599

Türkiyədə prokuror Məhmət Kiraz və iki nəfəri öldürən şəxslərin ədliyyə binasına necə daxil olması ilə bağlı görüntülər yayımlanıb.

Prokurorun necə girov götürülməsi ölkə gündəminin əsas müzakirə mövzusu idi. Bu gün isə Türkiyə mətbuatı basqınçıların ədliyyə binasına daxil olması anının görüntülərini yayımlayıb.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri Çırağan ədliyyə binasına girərək prokuror Səlim Kirazı iş otağında girov götürmüş və öldürmüşdü. Ötən gün isə qadın terrorçu polis bölməsinə hücum etmişdi. Həri iki hücumda terrorçular məhv edilib.

 

OXŞAR XƏBƏRLƏR