İstanbulda saxta içki əməliyyatı - Həbs olunanlar var

İstanbulda saxta içki əməliyyatı - Həbs olunanlar var
DÜNYA
12:28 23.06.2025
216
İstanbulda saxta spirtli içki əməliyyatlarında şübhəli bilinən 9 nəfər saxlanılıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları saxta spirt istehsalı və ticarətinin qarşısını almaq üçün əməliyyat keçirib.

Tuzla, Esenyurt və Başakşehirdə 4 ayrı əməliyyatda 9 şübhəli saxlanılıb.

Axtarışlar zamanı 50 min şüşə spirt istehsalında istifadə edilən xammal, 18 ton 936 litr spirtli maye, 1250 spirt şüşəsi, 920 boş şüşə, 6 min 800 etiket və 3 min kapüşon ələ keçirilib.

Gülay
OXŞAR XƏBƏRLƏR