İstanbulda şok hadisə - Binadan təkərlər yağdı - VİDEO

İstanbulda şok hadisə - Binadan təkərlər yağdı - VİDEO
DÜNYA
13:50 27.02.2024
147
İstanbulun Zeytiburnu qəsəbəsində qadın səkidə gedərkən 5 avtomobil təkəri binanın eyvanından düşüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qadın səki ilə gedərkən binanın 1-ci mərtəbəsindəki eyvanından 5 ədəd nəqliyyat vasitəsinin təkəri düşüb.

Qadın ölümdən çətinliklə qurtulsa da, təkər ayağına dəyərək yüngül xəsarət alıb. Düşən təkərlər dayanmış iki avtomobilə ziyan vurub.

Təkərlərin hansı səbəbdən düşdüyü məlum olmasa da, ev sahibi mətbuata açıqlama vermək istəməyib.

Nəzrin

OXŞAR XƏBƏRLƏR