Beyoğlu İstiqlal küçəsində törədilən terror aktına görə, aralarında bomba atan Əhlam Əlbəşirin də olduğu 36 şübhəlinin məhkəməsi sabah başlayacaq.
AZXEBER.COM xəbər verir ki, təqsirləndirilən şəxslərin "dövlətin birliyini və ölkə bütövlüyünü pozmaq", "silahlı terror təşkilatı yaratmaq və ya rəhbərlik etmək", "silahlı terror təşkilatına üzv olmaq", "bomba vasitəsilə qəsdən uşaq öldürmə", "bombalama ilə adam öldürmə", "təhlükəli malların icazəsiz saxlanması" və "immiqrantların qaçaqmalçılığı" ilə cəzalandırılması tələb edilib.
Xatırladaq ki, 2022-ci il noyabrın 13-də törədilən partlayışda 6 nəfər ölüb, 81 nəfər yaralanıb.
Gülay