İstanbulda terror təşkilatlarına qarşı əməliyyat: 14 nəfər tutulub

İstanbulda terror təşkilatlarına qarşı əməliyyat: 14 nəfər tutulub
DÜNYA
10:55 29.04.2025
130
Terror təşkilatlarına qarşı keçirilən əməliyyatda 14 nəfər yaxalanıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar Türkiyənin İstanbul şəhərində həyata keçirilib.
 
Belə ki, İstanbul Respublika Prokurorluğu tərəfindən terror təşkilatlarının fəaliyyətinin ifşası istiqamətində aparılan işlərdə 17-si DHKP/C terror təşkilatı, 3-ü MLKP terror təşkilatı, 1-i isə TKP/ML terror təşkilatı daxilində fəaliyyət göstərdiyi müəyyən edilən ümumilikdə 21 şübhəli barəsində əməliyyat keçirilib.
 
Əməliyyatda 14 şübhəli yaxalanıb. Şübhəlilərə aid rəqəmsal materiallar və təşkilati sənədlər ələ keçirilib. Qaçan şübhəlilərin tutulması istiqamətində işlər davam edir.
 
Oksana
OXŞAR XƏBƏRLƏR