İstanbulda "Xocalı soyqırımı - 30 il" adlı fotosərgi açıldı - FOTO

İstanbulda "Xocalı soyqırımı - 30 il" adlı fotosərgi açıldı - FOTO
SOSİAL
16:49 23.02.2022
496
"İslahatçı Gənclər" İctimai Birliyi və İstanbul Aydın Universitetinin birgə təşkilatçılığı ilə "Xocalıya ədalət” kampaniyası çərçivəsində universitetdə "Xocalı–30” adlı fotosərginin açılışı keçirilib. 

AZXEBER.COM xəbər verir ki, Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş fotosərgidə Xocalıda yaşanan dəhşətlər, azərbaycanlılara qarı törədilmiş qətliamları əks etdirən fotolar nümayiş olunub.

Sərginin açılışında iştirak edən İGİB-in sədri Fərid Şahbazlı, İstanbul Aydın Universitetinin prorektoru Zəfər Arslan, Azərbaycanın İstanbuldakı baş konsulluğunun diplomatı Cəlal Atayev Xocalı soyqırımında azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən söz açaraq baş verən hadisəyə dünya tərəfindən hüquqi və siyasi qiymət verilməsinin zəruriliyinə diqqət çəkiblər. 

Natiqlər qeyd edib ki, 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı böyük zəfərdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən bütün şəhidlərimizin ruhu şaddır. 

Onlar bildirib ki, Xocalıda baş verən dəhşətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması işində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın reallaşdırdığı "Xocalıya ədalət” kompaniyasının mühüm rolu var.

Çıxışçılar qeyd edib ki, Türkiyə ictimaiyyəti və türk gəncliyinin Xocalıda baş verən dəhşətləri dərindən araşdırması gələcək üçün önəmli faktdır. 

Daha sonra çıxış edən Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli, hüquq müdafiəçisi Əhməd Şahidov, Cavid Zeynalov və universiteti təmsil edən müəllimlər Xocalıda yaşananların bir insanlıq cinayəti olduğunu qeyd ediblər. 

Natiqlər bildirib ki, Xocalıda baş verənlərə zamanında lazımi hüquqi və siyasi qiymət verilmədiyindən bu gün dünyanın müxtəlif ölkələrində uşaqlar, yaşlılar, qadınlar zorakılıqlara məruz qalır.

Çıxışçılar qeyd edib ki, Xocalı soyqırımı bu il böyük kədərlə yanaşı, eyni zamanda böyük qürur hissi ilə anılır. Çünki 44 günlük Vətən savaşında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz tarixi torpaqlarını bərpa edib. Daha sonra sərgiyə baxış keçirilib. Azərbaycandan gələn nümayəndə heyəti Türkiyə universitetinin tələbə və müəllimlərinə fotoların dili ilə Xocalıda yaşanan dəhşətləri anladıblar.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı