İstanbulda Xocalı soyqırımı ilə bağlı abidə ucaldılacaq

İstanbulda Xocalı soyqırımı ilə bağlı abidə ucaldılacaq
SİYASƏT
18:02 23.09.2013
1499
Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində "Qarabağ Təbliğat Turu" çərçivəsində Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması məqsədilə bir sıra görüşlər keçirilib.

QAT təmsilçiləri və Azad Qarabağ Uğrunda Alyansın nümayəndələri İstanbulun Bəylikdüzü bələdiyyə başqanı Yusuf Uzun ilə görüşüblər. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı durumu, Dağlıq-Qarabağ münaqişəsi barədə müzakirə aparılıb. Bələdiyyə başqanı Xocalı soyqırımına dair abidənin qoyulmasını, Türkiyənin müxtəlif şəhərlərində Qarabağ həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə çatdırılması baxımından silsilə tədbirlərin təşkil olunması, bu sahədə ölkələr arasında QHT-lərin birliyi məsələsini önə çəkib. O bildirib ki, Türkiyə və Azərbaycan arasında bir bağlılıq olmasına baxmayaraq, münasibətlər istənilən səviyyədə deyil: “Bir-birimizi daha çox anlamağa, sevincləri paylaşmağa ehtiyacımız var. Qarabağ münaqişəsi ilə yanaşı, bəzi problemlər var ki, onların həllində dövlətlərarası münasibətlər yetərli deyil. Bu sahədə xalqların yaxınlaşmasına, birliyinə ehtiyac var”.

Y. Uzun bələdiyyə Məclisində keçiriləcək müzakirələrdən sonra Bəylikdüzü ərazisində fevral ayınadək Xocalı soyqırımına aid abidənin ucaldılacağını vurğulayıb.

QAT sədri Akif Nağı isə qeyd edib ki, keçirilən görüşlərdə məqsəd Türkiyə ictimaiyyətinin Dağlıq Qarabağ məsələsində fəallığını artırmaq və bu istiqamətdə QHT-lər arasında müəyyən işlərin görülməsidir.

Sonra nümayəndə heyəti İstanbulun Küçükçəkməcə bələdiyyə başqanı Əziz Yeniay, Küçükçəkməcə kaymakamı (icra başçısı) Orhan Öztürk ilə görüşüb. Görüşün nəticəsi olaraq dekabr ayında Türkiyədə “Türk dünyası və Qarabağ münaqişəsi” mövzusunda konfransların təşkil olunması qərara alınıb.

Sonda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün İstanbulda yerləşən ev muzeyi ziyarət olunub.//apa

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb