İstanbulda “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçirildi - FOTOLAR

İstanbulda “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçirildi - FOTOLAR
SOSİAL
20:08 27.02.2022
540
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən İstanbul Universitetində "Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçirilib.

AZXEBER.COM xəbər verir ki, Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçirilən "Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.

 Kampaniyanın keçirilməsi haqqında danışan "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər burada əsas məqsədin Leyla Əliyevanın başlatdığı "Xocalıya Ədalət” kampaniyasına dəstək olmaq və bu istiqamətdə sosial şəbəkələrdə beynəlxalq kampaniya təşkil etmək, Xocalı Soyqırımı barədə beynəlxalq ictimaiyyət məlumatlandırmaq olduğunu vurğulayıb.

Aqil Ələsgərin baş koordinatorluğu, Toğrul Allahverdili və Rəşid  Mustafazadənin koordinatorluğu ilə keçirilən tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Ülke TV-nin baş redaktoru Hasan Öztürk, Azərbaycan Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı, "Ulusal Kanal”ın baş redaktoru Sinan Sunqur, "Haber7″nin baş redaktoru Osman Atəşli, Türk Dünyası Araşdırmalar Vəqfinin (TDAV) sədri Közhan Yazqan, Türkiyə -Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu və digərləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni caniləri tərəfindən Xocalıda törədilən soyqırımıdan danışıb, tarixin qanlı səhifəsi olan bu insanlıq cinayətinin səbəbkarlarının ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb ediblər.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən İkinci Qarabağ müharibəsi haqqında danışan natiqlər bu savaşın yalnız meydanda deyil, eyni zamanda, sosial mediada da aparıldığını qeyd ediblər.

Qeyd edək ki, "Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər müxtəlif dillərdə həştəqlər ilə sosial şəbəkələrdə trendə daxil olmağı hədəfləyiblər və ilkin nəticələrə görə, Kampaniyanın dəstəklədiyi həştəqlər Türkiyə seqmentində ciddi diqqət doğurub. Kampaniyanın nəticələri yaxın günlərdə açıqlanacaq.

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
22:58 07.03.2026
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər