İstanbulda Zəfər Media medallarının təqdimatı keçirilib — FOTOLAR

İstanbulda Zəfər Media medallarının təqdimatı keçirilib — FOTOLAR
SOSİAL
17:42 14.10.2022
217
İstanbulda 44 günlük Vətən müharibəsinin ildönümü və "Şuşa İli”nə həsr olunan tədbir keçirilib.  İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) tərəfindən təşkil olunan tədbirdə Vətən müharibəsi dövründə Türkiyə mediasının Azərbaycana informasiya dəstəyi göstərən nümayəndələrinə "Zəfər Media” medalları təqdim olunub.

Azərbaycan və Türkiyə Dövlət himnlərinin səslənməsi ilə başlayan tədbirdə daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan ölkəmizin İstanbuldakı konsulu Zaur Allahverdizadə 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun şanlı Zəfərə imza atdığını xatırladıb. Z.Allahverdizadə bildirib ki, bunun nəticəsində Azərbaycanın tarixi torpaqları azad edilib və bu torpaqlarda yenidən üçrəngli şanlı bayrağımız dalğalanır. Vətən müharibəsi dövründə Azərbaycan təkcə meydanda deyil, həm də erməni yalanlarına qarşı mediada mübarizə apardı. Türkiyə dövləti və xalqı kimi, mediası da bu dövr ərzində daim Azərbaycanın yanında oldu.

Tədbirdə çıxış edən İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədova və İSBAM-in sədri Samir Adıgözəlli torpaqlarımızın 30 il davam edən işğalı, Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində qazanılan şanlı Zəfərimiz barədə danışıblar.

Medala Türkiyənin "Anadolu Agentliyi”, "TRT Haber”, "Haber Global”, "ATV”, "DHA”, "NTV”, "CNN Türk”, "A Haber”, "Habertürk”, "TRT”, "TV100”, "Süperhaber TV”, "Bengü Türk”, "Al Araby Tv” kanalları və "Sabah” ilə "Hürriyət” qəzetlərinin əməkdaşları ilə yanaşı, Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədova da layiq görülüblər.

Mükafatçılardan "TV100” telekanalının əməkdaşı Ali Burak Ersemiz medalı şəhid jurnalistlər, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun adına aldığını bildirib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutan tədbirdə qardaş ölkənin aparıcı media nümayəndələri, ictimai xadimləri iştirak ediblər. Xatırladaq ki, İSBAM ötən ilin mart ayında İstanbulda Zəfər media mükafatının təqdimetmə mərasimi keçirmiş və Vətən müharibəsi dövründə Türkiyə mediasının Azərbaycana informasiya dəstəyi göstərən nümayəndələrini mükafatlandırmışdı.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir