İstanbulda zəlzələ qorxusu artır: vətəndaşlar köçür

İstanbulda zəlzələ qorxusu artır: vətəndaşlar köçür
DÜNYA
00:06 28.02.2023
670
İstanbulda yaşayan, zəlzələlərdən narahat olan vətəndaşlar zəlzələ riski az olan Ədirnədəki kəndlərə köçürlər.

AZXEBER.COM "Haberler.com”a istinadən xəbər verir ki, Kahramanmaraş və 10 vilayətdə baş verən zəlzələ narahatlıqları insanlar arasında davam edir.

İstanbulda baş verə biləcək zəlzələ bu yaxınlarda yenidən gündəmə gəlib. Zəlzələdən narahat olan istanbullular alternativ axtarışlara üz tutub. 

Belə ki, zəlzələ riskinin az olduğu bildirilən Ədirnə kəndlərinə, hündür və qayalıq yerlərə tələbat artıb. 

İstanbulda yaşayan bir çox vətəndaş bu kəndlərdən torpaq və ev axtarır.

Son həftələrdə Ədirnənin Lalapaşa və Süloğlu rayonlarına yüksək tələbat olduğunu deyən Trakya Əmlak Məsləhətçiləri Dərnəyinin ikinci sədri Namık Babacan İstanbuldan gələn vətəndaşların sıx marağı ilə qarşılaşdıqlarını söyləyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR