İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü

İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü
SOSİAL
12:03 10.07.2019
4378

Türkiyənin İstanbul şəhərindən Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu Gürcüstan sərhədində qəzaya uğrayıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, avtobus sərnişinlər Gürcüstan sərhədində endikdən sonra iritonnajlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb.

 

50 nəfərə qədər sərnişin Gürcüstan-Azərbaycan sərhədində neytral zonada altı saatdan çox gözləməli olub. Altı saat sonra problem həll olunub və hazırda avtobus Bakı istiqamətində hərəkət edir.

Gürcüstan polisi faktı araşdırır.

OXŞAR XƏBƏRLƏR