Bağcılar Bələdiyyəsində çalışan baytar həkim Alper Şahin vətəndaşlara Türkiyədə rast gəlinən və təhlükəli xəstəliklər daşıyan Aedes ağcaqanad növləri ilə bağlı xəbərdarlıq edib.
AZXEBER.COM "HaberGlobal”a istinadən xəbər verir ki, havaların istiləşməsi ilə ortaya çıxan və ciddi xəstəliklərə səbəb ola bilən Aedes (Asiya pələng ağcaqanadları) ağcaqanadları İstanbulda yayılmağa davam edir.
Ağcaqanadların çox sürətlə çoxaldığını ifadə edən Alper Şahin deyib:
"Təhlükə bizə çox yaxındır. Hovuzlardan tutmuş su ilə dolu təkərlərə qədər sulu yerlərdə çoxala bilərlər. Ağcaqanadlar üçün ideal çoxalma yerləri, xüsusən qabların altındadır. Buna çox diqqət etmək lazımdır”.
Bağcılar Bələdiyyəsi, Sağlamlıq İşləri Müdirliyi personalı ağcaqanadlarla dərmanlar sayəsində mübarizə aparır. Bələdiyyənin məsul baytar həkimi Alper Şahin ağcaqanadların təbiətdə özbaşına meydana gələn və ya insan əli ilə yaradılan hər cür durğun su qaynaqlarında çoxaldığına diqqət çəkib.
Ayşən