“İstedadlı rəhbər kimi Azərbaycan xalqının mənafeyi üçün çalışırsınız” - Patriarx Kirill

“İstedadlı rəhbər kimi Azərbaycan xalqının mənafeyi üçün çalışırsınız” - Patriarx Kirill
SİYASƏT
23:43 24.12.2018
5987
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

AZXEBER.COM xəbər verir ki, patriarx təbrik mesajında bildirib:

"Uzun illərdir istedadlı rəhbər kimi Azərbaycan xalqının mənafeyi naminə çalışırsınız. Rəhbərlik etdiyiniz respublikanın çiçəklənməsi və dinamik inkişafı qayğısına qalırsınız”. 

Azərbaycan prezidentinə Rus Pravoslav Kilsəsinə diqqətinə və Bakı-Azərbaycan yeparxiyasının fəaliyyətinə görə minnətdarlığını bildirən patriarx ona can sağlığı və uğurlar arzulayıb:

"Ümid edirəm ki, əməkdaşlığımız bundan sonra da qarşılıqlı fayda verəcək , Zaqafqaziya regionunda dinlərarası və millətlərarası əlaqələrin möhkəmləndirilməsi üçün ənənəvi mənəvi-əxlaqi dəyərlərin inkişafına imkan yaradacaq”.
OXŞAR XƏBƏRLƏR