İstefa sırası Rəsul Quliyevin partiyasına da çatdı

SİYASƏT
12:12 17.10.2013
1339

Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva partiyadan və Milli Şura üzvlüyündən istefa verib.

AZXEBER.COM xəbərverirki, Milli Şuranın ünvanınakəskinfikirləriilə seçilənZ.DünyamalıyevaAPA-yaaçıqlamasındaistefası haqdaməlumatı təsdiqləyib. Z.Dünyamalıyeva ACP-dən və Milli Şuradan istefa verməsinin səbəbini Milli Şuranın oktyabrın 9-da keçirilmiş prezident seçkilərində uğur qazana bilməməsi ilə əlaqəlıəndirib: “Məhz buna görə mən partiyadan və Milli Şuradan istefa verdim. Mənimlə birgə Solmaz Ələsgərova da partiya üzvlüyündən kənarlaşıb”. Xatırladaq ki, Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərova deputat olduqları dövrdə eks-spiker Rəsul Quliyevin sədri olduğu ADP-yə üzv olmuş, sonradan onunla birlikdə ADP-dən ayrılaraq ACP-ni qurmuşdular.

OXŞAR XƏBƏRLƏR