Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız məhsullar satışdan çıxarılıb. ANS PRESS İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, Bakının Səbail, Abşeron və Yasamal rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.