“İstəmərik, hansısa oyunçumuz kənar qalsın” - Elvindən danışdı

“İstəmərik, hansısa oyunçumuz kənar qalsın” - Elvindən danışdı
İDMAN
23:18 09.07.2026
476
"Elvin Cəfərquliyev başqa klublara transfer olsaydı, yox deməyəcəkdik".

AZXEBER.COM xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən "Qarabağ" - "Vestri" oyunundan sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, bu barədə geniş məlumat verməyə ehtiyac yoxdur:

"Komandaya qayıtdı, bəzi görüşlər oldu. İstəmərik ki, hansısa futbolçumuz - azərbaycanlı və ya xarici - futboldan kənar qalsın. Amma qayda-qanun var, hamımız buna əməl etməliyik. Lazım olanda sərt reaksiyalar da verməliyik".

Qeyd edək ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən "Qarabağ" - "Vestri" (İslandiya) oyunu təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, cavab qarşılaşması İslandiyanın paytaxtı Reykyavikdə yerləşən "Valbyarnarvöllur" stadionunda olacaq. Görüş Bakı vaxtı ilə iyulun 17-də, saat 00:00-da start götürəcək.
OXŞAR XƏBƏRLƏR