“İstənilən problemi birgə həll edə bilərik” - Binəli Yıldırım

“İstənilən problemi birgə həll edə bilərik” - Binəli Yıldırım
SOSİAL
22:39 03.06.2016
1386
Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, sədr qonağı salamlayaraq Türkiyənin yeni - 65-ci hökumətinin Baş naziri seçilməyi münasibətilə təbrik edib.

Spiker qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir:

“Heç bir qüvvə bu dostluğu sarsıda bilməz. Bu yaxınlarda Almaniya parlamentində uydurma "erməni soyqırımı" ilə əlaqədar qəbul edilmiş qərar Azərbaycan ictimaiyyətinin də hiddətinə səbəb olub. Bütün bunlar dünyada mövcud olan ikili standartlardan xəbər verməklə yanaşı, həm də uydurma faktlardan istifadə edərək, bir sıra ölkələrə təsir etmək kimi cılız məqsədlər güdür”.

B.Yıldırım yeni vəzifədə Azərbaycana ilk səfərini etdiyini və bundan qürur duyduğunu söyləyib:

“Azərbaycanla Türkiyə qlobal layihələrin reallaşmasında birgə iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi layihələr buna parlaq misaldır. Bu gün Azərbaycan Türkiyə iqtisadiyyatına böyük yatırımlar edir. "Star" neft emalı zavodu layihəsi bu fikri bir daha təsdiqləyir. Bu gün layihənin reallaşmasında 15 mindən çox insan çalışır. Azərbaycanla Türkiyəni sağlam təməllər üzərində elə ortaq dəyərlər birləşdirir ki, heç kim bu dostluğa, bu qardaşlığa zərər yetirə bilməz".

B.Yıldırım Almaniya parlamentində uydurma "erməni soyqırımı" ilə bağlı qəbul edilmiş qərarla əlaqədar Azərbaycan tərəfinin mövqeyini yüksək dəyərləndirib:

“Tarixi tarixçilərə buraxmaq lazımdır. Baş vermiş hər hansı bir hadisədən 100 il sonra onun üzərində siyasət qurmaq olmaz”.

B.Yıldırım Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğuna diqqət çəkərək, bu ilin aprel ayında Azərbaycan ordusunun cəbhə xəttində əldə etdiyi uğurları yüksək qiymətləndirib, şəhidlərimizin ruhuna rəhmət diləyib. Qonaq vurğulayıb ki, Türkiyə ilə Azərbaycan birlikdə istənilən problemi həll etməyə qadirdir.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun və digər rəsmi şəxslər iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
17:17 11.05.2025
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
Ərdoğan və Putin arasında telefon danışığı olub
16:57 11.05.2025
Ərdoğan və Putin arasında telefon danışığı olub
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
16:36 11.05.2025
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
16:24 11.05.2025
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
15:55 11.05.2025
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
15:53 11.05.2025
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
15:37 11.05.2025
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
15:12 11.05.2025
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
14:57 11.05.2025
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
14:38 11.05.2025
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
14:20 11.05.2025
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
14:05 11.05.2025
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
13:43 11.05.2025
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək
13:27 11.05.2025
Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək
Ağdamın Kəngərli kənd orta məktəbində 484 şagird təhsil alacaq
13:07 11.05.2025
Ağdamın Kəngərli kənd orta məktəbində 484 şagird təhsil alacaq
Leysan, dolu, sulu qar... - Sabahın havası
12:42 11.05.2025
Leysan, dolu, sulu qar... - Sabahın havası