“UltraAslan” və “UltraNeftçi” fan-klubunun rəhbəri Ceyhun Əzizlinin Azxeber.com-a müsahibəsi-Mövsümün yekunlarını bir azarkeş kimi necə dəyərləndirərdiz?-Normal qiymətləndirmək olar. Necə deyərlər günümüzü yola verdiyimiz kimi, mövsümü də yola verdik. Şəxsən məni hamı bilir ki, “Neftçı”nin fanatıyam. Ölənəcən də “Neftçi”nin fanatı olacağam. “Neftçi” Azərbaycan çempionu və kuboku aldı. Ancaq bu gün “Neftçi” ünvanına bütün Azərbaycandan təbrik əvəzinə, tənqid qəbul edir. Təəssüflər olsun ki, “Neftçi” bu gün təbrik qəbul etməliydi, tənqid yox. Və haqlı tənqid olunur. Çempion olan komandaya nə lazım idi? Təbrik qəbul etməliydi və bu təbriklərdə gələcəkdi. Ölkə Kubokunun finalında yaşanan hadisələrə görə, “Neftçi” haqlı olaraq tənqid olunur. Bilirsiz necədir? Futbolçunu döyməzlər. Səmimi deyirəm bütün bunların günahkarı Ramin Musayevdir. Yenə deyəcəklər ki, Ceyhun Əzizlinin dəliliyi tutub. Ancaq mən həqiqəti deyirəm. Ramin Musayev işləməsin, qoy başqası işləsin. O, qurumdur. Və PFL bu oyunun təşkilatçısıdır. Bu hadisələrdən sonra çıxıb deyir ki, “Neftçi”nin “oxrana”ları orada neynirdi? Necə yəni neyniyir? Bir ildi onlar həmişə stadionda olurdu. Bunu vaxtında etmək lazım idi. Gərək hadisə baş versin ki, bunun qarşısını alaydız. Heç olmasa bunu bilmirsənsə, televizordan xarici kanallarda göstərilən oyunlara baxsın. Pulu yoxdur? Otağında belə peyk antennası var...Bu utanverici bir mənzərədir. Şəxsən mən utanıram. Ramin Musayev getməlidir! Bu xalqın mesajıdır. Çıxın küçələrə, gedin bölgələrə soruşun camaatdan. 100 nəfərdən 10 nəfər çıxıb desə ki, Ramin Musayev işləməlidir, çıxıb üzr istəyərəm. Bu insanı xalq istəmir. Qalıb orada futbolumuzun inkişafının qabağını alır. Məgər bu dava təkcə “Xəzər Lənkəran”la oyunda olub? “Bakı” ilə də bu hadisələr baş vermişdi. Kubokun finalında isə bu hadisələr sadəcə çatladı. Dünyanın gözü qabağında biabır olduq. Belə şeylər olmamalıdır. Futbolumuzda Ramin Musayevlə Tahir Süleymanov olmamalıdır. Tahir Süleymanv çıxıb ağzına gələni danışır. Deyir ki, futbolumuzun inkişafını istəyir. Yalansa Allah... Qurana and içəcəyəm ki, o adam futbolumuzun inkişafını istəmir. Tahir Süleymanov yalnız öz uğurunu istəyir. Heç “Neftçi”nin uğurunu belə istəmir. O, insan böyük siyasətçidir. Bicdir o insan. Tahir Süleymanov demir “Neftçi”nin uğuru mənim adımadır. Bu hərəkətlər də onun adınadır da. Çıxıb desin də, öz adımadır. Niyə onun-bunun boynuna atır. Bu gün həmin hadisələr baş veribsə, buna görə klubun rəhbərliyi cavabdehlik daşıyır. Çünki, bu klub rəhbərliyinin işidir. Uğur olanda öz adlarına çıxara bilirlərsə, bunu da öz adlarına çıxartmalıdır. Belə hadisələrin qabağını almaq lazımdır. Bu hadisələrin qabağı alınmasa, vallah sonu ölümə gedəcək. Xalqı bir-birinə vurdurmaq olmaz.-AFFA-nın İntizam Komitəsi hər iki klubu cəzalandırdı. Sizcə cəzalar hadisələrə adekvat idimi?- Mənə çatmır. Nə cəza, nə qərar. Vallah nağıl danışırlar. Operatora cəza verirlər. “Kameraman”a nə cəza ola bilər. Umumiyyətlə “Kameraman” orada nə iş görürdü. Cəza veriblər ona. Sabah 15 manat başqasına verəcəklər, başqası “kameraman”lıq edəcək. Mənə maraqlıdır, o cəzaların əməl olunmasına PFL necə nəzarət edəcək? O “kameraman”ı nə cür stadiona qoymayacaqlar. Kim onu güdəcək. Şəxsən mənə çatmır. Bir nəfər girir stadiona, çəkib gedir. Ona kim qadağa qoyacaq. Ona görə, onların verdiyi və əməl etdiyi qərarlar PFL-in “başına dəysin”. Çox gülməli qərarlardır.Arzu edirəm ki, belə hadisələr daha təkrarlanmasın. Əgər futbolumuzun inkişafını istəyiriksə belə hadisələrə yol verməməliyik. Çünki, ölkəmiz dünyada tanınır, qabağa gedir. Təkcə futbol sahəsində axsayırıq. Dalaşmaqla futbolu inkişaf etdirmək olmaz. Başqa şeylərlə bir-biri ilə rəqabət aparmaq lazımdır. Başqa şeylər öyrənmək və öyrətmək lazımdır. Bu gedişlə biz heç yerə gedə bilmərik.
10 il əvvəl Tahir Süleymanov rüşvət alıb “Neftçi”ni məğlub etdirirdi-Maraqlıdır ki, davadan sonra hər iki klubun idman direktorlari istefaya göndərildi...Kiminsə işdən çıxarılmasına qarışa bilmərəm. Çıxarılası adam Tahir Süleymanov idi. Güloğlan Cabbarov çıxarıldımı, çıxdımı dəqiq bilmirəm. Tahir siyasətçidir. Güloğlanın arxasında gizlənirdi. İndi bu hadisələrdən sonra özünü yaxşı, Güloğlanı pis çıxartdı. Xalqın gözü tərəzidir. Elə deyil. İstefa verələsi adam təkcə Güloğlan deyildi, bütün klub rəhbərliyi istefa verməliydi. Klub rəhbərliyi başdan-ayağa istefa verməliydi. Səmimi deyirəm, orada təkcə Güloğlanın günahı yox idi. Birbaşa günahkar Tahir Süleymanov idi. Tahir Süleymanov “Neftçi”də haram işlərlə və menecerliklə məşğuldur. Oyunçu alsın, oyunçu satsın. Onun işi-gücü ancaq pul qazanmaqdır. İşi ancaq qara işlərdir. Gic-gic işlər görməkdir. Mən danışdığım kimiyəm. Tahir Süleymanov isə danışdığı kimi özü deyil. Səmimi deyirəm, Tahir Süleymanov otağında danışdığını mətbuata danışmır. Çox bic adamdır. “Neftçi”nin vitse-prezidenti işləyir. “Neftçi”nin azarkeşləri deməsinlər ki, mən “Neftçi”ni sevmirəm. Mənim qədər “Neftçi”ni heç kim sevə bilməz. Bütün Azərbaycan bilsin. “Neftçi” 60, 70, 80, 90-cı illərdə elə həmin “Neftçi”dir. Tutaq ki, 2027-ci ildir “Neftçi” elə həmin “Neftçi”dir. 10 il əvvəl həmin bu insan rüşvət alıb “Neftçi”ni məğlub etdirirdi. İndi həmin bu Tahir Süleymanov çıxıb deyir ki, mən “Neftçi”liyəm. Onda belə çıxır ki, 3 ildən bir “Neftçi” ayrı olurmuş. “Neftçi” həmişə “Neftçi”dir. Vaxt vardı, rüşvət alıb “Neftçi”ni uduzdururdu, qoymurdu çempion olmağa. İndi deyir ki, “Neftçi”liyəm. Bu insan “”Neftçi”li ola bilməz. Onu yalnız pul maraqlandırır. Belə insanlar futbolumuzdan təmizlənməsə, inkişaf olmayacaq. Tahir Süleymanov, Ramin Musayevlər futboldan getməsələr, hər gün bu problem olacaq. Və hər gün başımızı belə problemlərə qatacağıq.Babək Quliyevi “Xəzər Lənkəran”dan Ramin Musayev çıxardıbQaldı ki, Babək Quliyevin işdən çıxarılmasına. Səmimi olaraq öz fikrimi deyirəm ki, Babək Quliyevi işdən çıxardan Ramin Musayevdir. Çünki Ramin Musayev onu qoymaz heç harada işləsin. Mənim ona yazığım gəlir. Onun da balası var. Onun balası çörək yeməməlidir? Onun balası bizim də balamızdırda. Niyə işləməməlidir ki? Deməli Ramin Musayev bütün klubları idarə edir. Ramin Musayev də menecerdir. Oyunçu alıb satmaqla məşğuldur. Mövzudan uzaqlaşıram. Dünən millinin heyətinə baxıram. “Qarabağ” Subaşiçi qovur, milliyə hələ də onu çağırırlar. Bu Subaşiç futbolla daha qutarıb da. Çünki Subaşiçi Ramin Musayev Azərbaycana gətirib. Və ondan pul qazanır. Görəcəksiniz, Subaşiçi fırladıb-fırladıb bir kluba göndərəcək.-Bu mövsüm ötən illərlə müqayisədə azarkeşlərin sayında azalma müşahidə olundu. Sizcə azarkeşləri stadionlara gətirmək üçün nə etmək lazımdır?Bölgələrdə insanların stadiona gəlməsində problem yoxdur. Ancaq bölgədə futbolda qalmayıb. Mən AZAL, “Rəvan” kimi klubların olmağından olmamasını istəyərdim. Onların yerinə “Turan”ın, “Kəpəz”in olması daha yaxşı idi. Mingəçevirdə, Masallıda komandaların olmasını istəyərdim. Futbol o bölgələrdə olubda. Bakıda azarkeş böyük problemdir. Heç kim futbolu sevmir. Gözü ilə görür ki, futbolumuz nə vəziyyətdədir. Ona görə gəlmirlər. Görür ki, Tahir Süleymanov orada at oynadır, azarkeşə yuxarıdan aşağı baxır. Və xalqı bəyənmir. Azarkeş xalq deməkdir. O, bizə yuxarıdan aşağı baxır. Biz ondan əskik adam deyilik ki...-Tahir Süleymanovu çox tənqid etdiz. Elə bu Tahir Süleymanovu Sadıq Sadıqov orada saxlamayıbmı? Sadıq Sadıqov “Neftçi”yə gələndən sonra belə hallar yaşanmağa başladı...Bilirsiz Tahir Süleymanov nə baş verirsə, gedib Sadıq Sadıqova tərsinə deyir. Məsələn Sadıq müəllimi tərifləyirsən, gedib əksinə deyir..Mən heç kimi tərifləməmişəm. Yaltaq adam olsaydım, bu gündə işləyirdim. Yaxşı iş görürsən, klub prezidentinə pis iş gördüyünü deyir. Xalq bunları görür. Final oyununda özünü qoymuşdu artistliyə. Güya aralayır. Ancaq həmin Tahir Süleymanov otağında deyirdi ki, gedək qırıb dağıdaq. Çöldə isə başqa şey deyir. Niyə indi mühafiəzəçiləri ortaya atır. Mühafizəçini işdən niyə çıxardırsan? Deməlidir də günahkar mənəm. Mühafizəçilərə də sən əmr etmisəndə. Mühafizəçiyə nə əmr edirsən, onu edir. Hakimlər Komitəsinin sədri ki, Xaqani Məmmədov ola, hakimlərdən heç nə gözləmək olmaz-Finalda Saşa Stamenkoviçin hərəkətlərinə hakim Əliyar Ağayevin adekvat reaksiya verməməsi sizcə nə ilə bağlı idi? Ümumiyyətlə hakimlərin meydanda “Neftçi”yə simpatiyası siz azarkeşlərə necə təsir edir?- Birinci Əliyar Ağayevin finalda nə işi vardı? Final onun yeri deyildi. Daha təcrübəli hakimlərimiz vardi. Yenədə deyirəm, indiki hakimlərimiz Tahir Süleymanovdan və Xaqani Məmmədovdan daha yaxşı hakimlik edirlər. Bilirsiz tənqid olunası bu xırda şeylər deyil. Bütün bu hallar daha böyük problemlərdən yaranır. Bir Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov ola, hakimlərdən heç nə gözləmək olmaz. “Moşennik”dir, rüşvətxordur. Belə bir adam hakimlərə nə deyə bilər? Hakim də insandır. Bu Xaqani Məmmədov hakimlərin taleyi ilə oynayır. Görün nə qədər hakimi çıxardıblar. Atırlar belə oyunlarda bütün günahı hakimlərin üstünə. Hakimə tapşırıq gəlməsə, bizim hakimlərimiz Avropanın ən yaxşı hakimləri olar. Hakimə deyirlər bunu elə, onu da edir. Əliyar Ağayev deyir ki, mən Saşanı görmədin o hərəkəti edəndə. Bəs kim görməliydi? Mən görməliydim? Videosuna baxmışam. Aralarında 2 metr məsafə var. Onda gözü kordur bunun. Nə cür onu görmür? Saşanı burada qınamaq olmaz. O biclik edir, rəqib oyunçuya psixoloji təsir edirdi. Gərək onu hakim dayandıraydı, qaydalardan kənara çıxmışdı, cəzalandıraydı onu. Niyə bu boyda insanların əsəbləri ilə oynayırsınız? Bunu eləməsydi, final gül kimi başa çatacaqdı, bayrama da bayram qatacaqdı. Rəqib tərəf də səni təbrik edəcəkdi. Bütün bunları üç-dörd nəfər etdi. Bu onların yaratdığı problem idi. Gələn il bundan da betər olacaq. Görərsiniz? Gələn mövsüm “Xəzər Lənkəran”ın on illiyidir. “Qəbələ” o qədər pul buraxıb. Onların da haqqıdır. “Bakı” da çempionluğa oynayacaq. Səmimi deyirəm, Azərbaycan futbolunda bu gün iş görənlər bu klublardır. “Bakı” bu gün “Atletiko Madrid”i Bakıya gətirdi. AFFA isə gözü götürməməzlikdən qoymadı, milli ilə qarşılasın. O, Hafiz Məmmədovun gördüyü böyük iş idi. Getsin də Tahir Süleymanov bura Allahın “Almeriya”sını gətirsin də. Gətirə bilməz axı. İndi bütün dünya Azərbaycandan danışır. “Xəzər Lənkəran”, “Bakı”, “Qəbələ” özlərinə stadion tikib. Tahirgil neynəyib? Nə iş görüblər? Azarkeş niyə gəlməlidir “Neftçi”nin oyununa. Bir il əvvəl mediaya açıqlama vermişdim ki, 20 nəfərlə klub olmaz. Onlar 20 futbolçunu pul gücüylə komandaya götürürlər. O xarici futbolçularda pula görə, çıxıb oyuna udurlar. Adicə “Neftçi”nin dükanı belə yoxdur. Demirəm dükan olsa, bütün problemlər düzələcək. Deməyim odur ki, xırda şeyləri həll etməklə, böyük problemləri də yoluna qoymağa başlamaq lazımdır...Tahir Süleymanov Ramin Musayevin öz “kozırı”dırTahir Süleymanov, Ramin Musayev futboldan getməlidir. Güya bu iki nəfər bir-biri ilə düşməndirdə. İlk dəfə bunu sizə deyirəm. Tahir Süleymanov Ramin Musayevin öz “kozırı”dır. Bəlkə onların bir-biri ilə ailəvi telefonları var. Ramin Musayev Tahir Süleymanovu gətirib qoyub ora. Sadəcə camaata göstərmək istəyirlər ki, Ramin Musayev “Neftçi”ni istəmir. Hamısı bir-birinin əlindədir. Necə yəni istəmir? Həmən günü Ramin Musayevi oradan qovarlar. Ya da həmən günü o birisini qovarlar. Çıxın gedin də futboldan! Niyə camaatı bezdirirsiniz. Vallah bir yerə gedəndə utanıram. Hamı məndən “Neftçi”nin niyə belə etdiyini soruşur. Mən nə etməliyəm, durub baxıram. “Neftçi” halal da udanda, deyirlər hakim kömək edib. Çünki bu mühit yaranıb. İstəyirsən “Neftçi” çıxsın 20 qol vursun, yenə deyəcəklər hakim kömək elədi. Bəsdirində! Bu boyda sizə şərait yaradıblar. Ölkə başçısı bunları bilsə, onları asacaq. Özümdə bezmişəm. İstəyirəm, yığım azarkeşləri, prezidentə müraciət edim. Prezidentin yaratdığı şəraitdən, bu insanlar futbolun inkişafı üçün istifadə etmirlər.- Eşitdiyimizə görə, köhnə “Neftçibaza”da azyaşlı uşaqlara keçdiyiniz məşqləri dayandırmısız? Nə məsələdir?Vallah nə deyim sizə. Bir ay məşq keçdik, sonra bizə yer vermədilər. Məcbur qalıb məşqləri dayandırdıq. Məşqi trastda keçirə bilmərəm axı... Bircə ümidimiz dövlət başçısınadır. Ömrümüzün 20 ilini futbola vermişik. İndi nə işlə məşğul olaq?
Elmidar ƏLİYEV