İyulun ilk həftəsində Yaponiyada isti hava şəraiti 3 nəfərin ölümünə səbəb olub, 2,6 min nəfər xəstəxanalara yerləşdirilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, iyulun 1-dən 7-nə qədər 2594 nəfər xəstəxanalara çatdırılıb. Mayın əvvəlindən indiyə qədər istidən halı pisləşən insanların sayı 7 mini ötüb. Onların yarısı 65 və daha böyük yaşda olan insanlardır.
Qeyd edək ki, Yaponiyanın bütün ərazisində havanın hərarəti 30 dərəcəni keçib, bəzi yaşayış məntəqələrində isə 35 dərəcəni ötüb.