İsti havalar bu xəstəliyin yaranmasına səbəb olur

İsti havalar bu xəstəliyin yaranmasına səbəb olur
SAĞLAMLIQ
14:13 14.08.2025
129
Yayın istisi insanlarda təkcə diskomfort yaratmır, həm də qarın ağrılarını artırır. Bəzi qarın ağrısı çox sadə səbəblərdən yarana bilsə də, appendisit kimi həyati təhlükəsi olan bir xəstəlik də bundan yarana bilər.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, appendisit müxtəlif səbəblərdən yoğun bağırsağın başlanğıcında qarının aşağı sağ tərəfində yerləşən appendiks adlanan kiçik orqanın iltihabıdır.
 
Türkiyəli ümumi cərrah Fikrət Aksoy bildirib ki, yayın qızmar istisi qarın boşluğunda appendisit və bağırsaq infeksiyaları yarada bilər:
 
"Son araşdırmalar bir çox ölkədə xüsusilə yay aylarında kəskin appendisit hadisələrinin sayında əhəmiyyətli artım olduğunu ortaya qoyub. Yayın yüksək temperaturu, qidalanma vərdişlərindəki dəyişikliklər, bağırsaq infeksiyalarının yayılmasının artması kimi faktorlar appendisit riskini artırır".

Həkim qeyd edib ki, xüsusilə 10-30 yaş arasında bu xəstəliyə rast gəlinir, lakin hər yaşda ola biləcəyi də mümkündür.
   
Türk cərrah onu da əlavə edib ki, appendisit 24 saat ərzində diaqnoz qoyulmayaraq müalicə edilməzsə partlayaraq digər orqanlara təsir edə, eyni zamanda bədəndə infeksiya yarada bilər.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR