İstifadəçiləri izləyən "Google" milyardlarla dollar təzminat ödəyəcək

MARAQLI
12:29 29.12.2023
264
"Google” istifadəçilərin məxfiliyinin pozulması halında 5 milyard dollar təzminat ödəyəcək.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Amerikanın texnologiya şirkəti "Google” istifadəçilərinin məxfiliyini pozduğu səbəbiylə açdığı iddiada 5 milyard dollar təzminat ödəməyi qəbul edib.

BBC-nin məlumatına görə, Kaliforniya Dairə Məhkəməsi "Google”a qarşı istifadəçilərinin məxfiliyini pozduğu iddiası ilə açılan iddiada barışıq əldə edildiyini açıqlayıb. 

Sədrlik edən hakim Yvonne Gonzalez Rogers "Google”un iddiaçılarla 5 milyard dollar təzminat ödəməsi ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Məlum olub ki, "Google” Chrome-da gizli rejimi işə saldıqdan sonra belə istifadəçilərin internetə baxış fəaliyyətini izləməyə davam edir.

Ayşən

OXŞAR XƏBƏRLƏR