"İstiqlal cadde"sində qeyri-etik video paylaşdı, həbs edildi

"İstiqlal cadde"sində qeyri-etik video paylaşdı, həbs edildi
DÜNYA
11:07 12.05.2023
290
Türkiyənin İstanbul şəhərindəki İstiqlal küçəsində qeyri-etik video paylaşan şəxsə qarşı istintaq başladılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Tiktok"da "Buradakı bütün qadınları 100 dollara ala bilərik" sözləri ilə video yerləşdirdiyi iddia edilən livanlı şəxsə qarşı istintaq başladılıb.

İstanbul Respublika Prokurorluğu adı Bob Harkal olan və model olduğu iddia edilən livanlının İstiqlal küçəsində yayımlanan videosu ilə bağlı "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” cinayəti çərçivəsində istintaq başladıb.
 
Prokurorluq şübhəlinin həbsinə göstəriş verib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR