İstiqlal meydanında baş verən terror aktında bu məşhur da olub - FOTO

İstiqlal meydanında baş verən terror aktında bu məşhur da olub - FOTO
DÜNYA
16:17 16.11.2022
378
Noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən bombalı hücumla bağlı məşhur aktyor Cansel Elçindən diqqətçəkən açıqlama gəlib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hücum zamanı orada olduğunu deyən Cansel Elçin oradan çətinliklə qaçdığını ifadə edərək, partlayışdan dərhal sonra hadisə yerinə çox yaxın olduğunu bildirib və "İstiklalda düz yanımızda böyük partlayış oldu. Yaxşıyam, inşallah itki yoxdur".
 
Qeyd edək ki, Cansel Elçin Taksimdə baş verən partlayışda yaralanan vətəndaşlar arasında tələbələrinin də olduğunu bildirib.
 
Xatırladaq ki, Beyoğlu İstiqlal küçəsində baş verən bombalı hücumda 6 vətəndaş həlak olub, 81 nəfər yaralanıb. Hücumdan sonra başlanan çoxşaxəli istintaqda hadisəni qadın terrorçunun törətdiyi bildirilib. Çantanı banka buraxan Suriya əsilli Ahlam Albaşir adlı terrorçu ətrafdakı kameralar tərəfindən aşkarlanıb və polis qruplarının təşkil etdiyi əməliyyatla yaxalanıb.
 
Mikayıl
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR