İstirahət mərkəzində bədbəxt hadisə - Ölən var

İstirahət mərkəzində bədbəxt hadisə - Ölən var
SOSİAL
10:08 03.07.2025
705
Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyulun 1-i saat 21 radələrində Mərdəkan qəsəbəsinin ərazisində yerləşən istirahət mərkəzində fəhlə 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vurub.

Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR