"Biz Rusiya ilə bağlı ayıq-sayıq olmalıyıq”.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson NATO baş qərargahında ölkəsinin bayrağının qaldırılması ilə bağlı mərasimdən əvvəl NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuata açıqlamasında deyib.
O bildirib ki, Rusiyanın NATO müttəfiqlərinə qarşı hibrid hücumları keçirmək təcrübəsi var və bunu etməyə davam edəcək.
"Biz sadəlövh olmamalıyıq. İndi Rusiyanın bizə qarşı təhdidlərindən daha çox xəbərdarıq", - Kristersson qeyd edib.