İsveç mətbuatı 'Qarabağ'dan yazdı

İDMAN
12:00 10.08.2013
1641

İsveçin “Gefle” futbol klubunun rəhbəri Johan Oremo İsveç mediasına açıqlamasında “Qarabağ” klubunun güclü olduğunu etiraf edib.

Gün.Az İsveçin aftonbladet.se saytına istinadən xəbər verir ki, “Gefle” klubunun rəhbəri “Qarabağ”ın oyununu belə təsvir edib:“Onlara qalib gəlmək çətin idi, onlar meydanda olduqca güclü oynayırlar”.Sonra xəbərdə qeyd edilir ki, İsveç torpağında qaliblik, üstünlük (dominatlıq) Azərbaycanın “Qarabağ” komandası tərəfdə olub. “Gevle” çox böyük qol imkanları yaratmışdı, lakin buna baxmayaraq oyun 0-2 nəticə ilə bitdi:“Biz böyük bir komanda ilə qarşı-qarşıyaydıq, oyun zamanı onların qarşısında durmaq çətin idi. Onların ayaqları çox iti idi, yəni sürətlə qaçırdılar, biz həqiqətən də onları keçə bilməzdik”, - Johan Oremo etiraf edib.

OXŞAR XƏBƏRLƏR