İsveç polisi Qurani-Kərimin yandırılması ilə bağlı təxribata imkan vermədi

İsveç polisi Qurani-Kərimin yandırılması ilə bağlı təxribata imkan vermədi
DÜNYA
11:44 17.02.2023
202
Bu dəfə İsveç polisi Qurani-Kərimin yandırılması ilə bağlı təxribata imkan verməyib.

AZXEBER.COM xəbər verir ki, bu ilin yanvarında İsveçdə ifrat sağçı siyasətçi Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmışdı. Eyni hadisənin təkrar edilməsini istəyərkən, İsveç polisi bu dəfə çirkin hücuma icazə verməyib. 

Stokholm polisindən verilən açıqlamada İraqın Stokholmdakı səfirliyi qarşısında Quran yandırmaq üçün müraciət edən şəxsə İsveç polisinin icazə vermədiyi bildirilib.

İfrat sağçı siyasətçi Rasmus Paludan yanvar ayında Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandıraraq, etirazlara səbəb olmuşdu. Xarici İşlər Nazirliyi qalmaqallı aksiyaya çox sərt reaksiya verib. Qalmaqalın bu dəfə İraq səfirliyi qarşısında təkrarlanmasına cəhd edilib. Amma bu dəfə İsveç polisi çirkin hücuma icazə verməyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR