İsveç səfiri Quranın yandırılması ilə əlaqədar Malayziya XİN-ə çağırıldı

İsveç səfiri Quranın yandırılması ilə əlaqədar Malayziya XİN-ə çağırıldı
DÜNYA
18:45 26.07.2023
224
İsveçin Kuala-Lumpurdakı səfiri Yoahim Berqstrem Malayziya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Malayziya XİN məlumat yayıb.

Bildirilib ki, İsveç səfirinin XİN-ə çağırılmasına səbəb Stokholmda bir müddət əvvəl Qurani-Kərimin yandırılmasıdır.

Qeyd edilib ki, Malayziya XİN İsveç hökumətini söz azadlığı ilə bağlı iflasa uğrayan siyasətini yenidən nəzərdən keçirməyə və bu ölkədə kök salmış islamofobiyaya son qoymaq üçün təcili tədbirlər görməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR