İsveç və Finlandiyanın Türkiyəyə qarşı ikiüzlü siyasəti: Görün nələr ediblər...

İsveç və Finlandiyanın Türkiyəyə qarşı ikiüzlü siyasəti: Görün nələr ediblər...
MANŞET
17:22 19.05.2022
1547
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacağını vurğulayıb.

"Terrorçuları bizə təhvil verməyəcəkləri ilə bağlı xəbərlər var. Bu iki ölkənin NATO-ya üzv olmasına "hə" deməyəcəyik", deyə Türkiyə prezidenti qeyd edib.

Ərdoğan Finlandiya və İsveçin terrorçulara dəstək verdiyini bildirərək qeyd edib ki. həm PKK/YPG-yə dəstək verib, həm də NATO üzvlüyünə dəstək istəmək düzgün deyil.

Qeyd edək ki, 2019-cu ildə Suriyanın şimalında həyata keçirilən və YPG-ni hədəf alan "Sülh çeşməsi” əməliyyatından sonra hər iki ölkə Türkiyəyə silah embarqosu qoyub. İki ölkənin NATO-da iştirakını Ankara üçün problemli edən məsələlərdən biri də budur.

Politoloq Fikrət Sadıqov AZXEBER.COM-a açıqlamasında Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmasına narazılığının əsas səbəbləri haqda danışıb.

O, qeyd edib ki, Türkiyə İsveçin və Finlandiyanın terrorçulara qarşı siyasətindən haqlı olaraq narazıdır:

"Türkiyə İsveçin və Finlandiyanın terrorçulara qarşı siyasətindən narazıdır. Hətta İsveç Parlamentində Kürdüstan Fəhlə Partiyasının nümayəndəsi də təmsil olunur. Digər tərəfdən İsveç Türkiyə öz sərhədlərini müdafiə edərək Suriyada olanda Türkiyəyə qarşı embarqo, sanksiyalar tətbiq etmişdi. Bu sanksiyalar da indiyədək qüvvədədir. Belə bir halda bir hərbi siyasi blok üzvü olmaq nə qədər reallığa uyğundur? Təbii ki, Türkiyənin dövlət başçısı haqlı olaraq məsələni bu cür qoyur. Bu məsələdə Türkiyə maraqlarını təhlil edib və terrorçuları dəstəkləyənlərə qadağa qoyub". 
 


Bəs Türkiyənin razılığının olmadığı təqdirdə Finlaniya və İsveçin NATO-ya üzvlüyü digər dövlətlər tərəfindən qəbul ediləcəkmi?

Bu suala cavab verən Fikrət Sadıqov qeyd edib ki, bu dövlətlər Türkiyənin mövqeyi ilə razılaşmaya bilməzlər:

"NATO-da 30 dövlət təmsil olunur. 30 dövlətin müəyyən məsələlərdə eyni mövqeyi olsa da, onların arasında müəyyən fikir ayrılıqları da var. Türkiyə bu hərbi blokda hərbi potensial baxımından ikinci qüvvədir. Təbii ki, onlar bunu edə bilərlər. Amma onlar vaxtilə bir qərar qəbul etmişdilər ki, əgər hansısa ciddi bir məsələdən söhbət gedirsə, bütün 30 dövlətin razılığı olmalıdır. Yəni, bu dövlətlər Türkiyənin mövqeyi ilə razılaşmaya bilməzlər. Çünki bir çox dövlətlər Türkiyədən asılıdır. Türkiyənin hərbi potensialından, siyasi mövqeyindən, onun strateji mövqeyindən, bir sıra məsələlərdə fəaliyyətindən və s. asılıdır. Əgər onlar belə bir mövqe tutsalar, müəyyən fikir ayrılıqları da baş verə bilər”.

Qeyd edək kİ, NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Şimali Amerika və Avropadan 30 üzv ölkədən təşkil olunan dövlətlər arası bir ittifaqdır. 4 Aprel 1949-cu ildə Şimali Atlantika Müqaviləsinin imazalanması ilə qurulub.

30 üzv ölkənin ikisi Şimali Amerikada (ABŞ və Kanada), iyirmi səkkizi isə Avropada yerləşir. İslandiyadan başqa qalanların ordusu vardır. NATO üzvü üç ölkə (ABŞ, Böyük Britaniya və Fransa) nüvə silahına sahibdir.
 
Aydın Nuri 
OXŞAR XƏBƏRLƏR