İsveçdə cümə namazından sonra silahlı hücum: 2 yaralı

İsveçdə cümə namazından sonra silahlı hücum: 2 yaralı
DÜNYA
17:37 15.08.2025
164
İsveç polisi paytaxt Stokholmun qərbindəki Orebroda məscidin yaxınlığında baş verən atışmada iki nəfərin yaralandığını açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir  ki, Örebro Polisinin rəsmi internet saytından verilən açıqlamada, Örebrodakı məscid yaxınlığında atışma xəbərinin yerli vaxtla saat 13:45-də daxil olduğu bildirilib.

Açıqlamada, xəbərin ardından hadisə yerinə polis qruplarının gəldiyi və yaralıların olduğu vurğulanıb.

Bəyanatda sakinləri hadisə yerindən uzaq durmağa çağırıb və hadisənin səbəbinin hələ məlum olmadığı, lakin araşdırma aparıldığı qeyd edilib.

İsveç dövlət televiziyası SVT-nin məlumatına görə, polis sözçüsü Lars Hedelin hücum nəticəsində iki nəfərin yaralandığını açıqlayıb.

Gülay
OXŞAR XƏBƏRLƏR