İsveçdə məktəbə hücumda həyatını itirənlərin sayı 11-ə yüksəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveç polisi məlumat yayıb.
Baş nazir Ulf Kristersson paytaxt Stokholmdan 200 kilometr qərbdə yerləşən Örebrodakı məktəbə hücumu "İsveç tarixindəki ən dəhşətli kütləvi atışma" kimi qiymətləndirib.
Polis, şübhəlinin həyatını itirənlər arasında olduğunu və onun təkbaşına hərəkət etdiyi düşünüldüyünü və hücumun səbəbinin hələ də aydın olmadığını bildirib.
Oksana