Azərbaycan Respublikasının İsveç Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Adış Məmmədovun İsveç Parlamentininsədri Per Vesterberq ilə görüşü keçirilib.Görüşdə Azərbaycan-İsveç münasibətləri müzakirə olunub, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. AZXEBER.COM-un məlumatına görə, səfir Avropanın enerji təhlükəsizliyi məsələsində ölkəmizin rolundan danışaraq Azərbaycan tərəfindən həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin əhəmiyyətinə toxunub.Sonra səfir A. Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Parlament Sədrinə geniş məlumat verib, Azərbaycan dövlətinin və hökumətinin konflikt ilə bağlı mövqeyini bildirərək münaqişənin həllində beynəlxalq təşkilatların daha da fəal olmalarının zəruriliyini vurğulayıb.