İsveç Parlamenti sığınmacılar üçün daimi yaşayış icazəsini ləğv edən hökumət dəstəkli qanun layihəsini qəbul edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsveç Dövlət Radiosunun (SR) məlumatına görə, parlamentdə keçirilən səsvermədə sığınmacılar və bəzi digər miqrant kateqoriyaları üçün daimi oturum icazəsini aradan qaldıran qanun layihəsi səs çoxluğu ilə təsdiqlənib.
Yeni qaydalara əsasən, 12 iyul tarixindən etibarən İsveçdə sığınmacılara və müəyyən digər miqrant qruplarına yalnız müvəqqəti oturum icazəsi veriləcək.
Məlumata görə, yeni tətbiq hazırda daimi oturum icazəsinə sahib şəxslərə şamil olunmayacaq. Bununla belə, gələcəkdə ediləcək müraciətlərdə daimi oturum almaq imkanı tamamilə aradan qaldırılacaq.
Gülay











































