"Eurovision 2012" mahnı müsabiqəsinin mayın 24-də keçirilən II yarımfinalında uğur qazanaraq finala addımlayan İsveç təmsilçisi Loreen Azərbaycana yalnız öz işini görmək üçün gəldiyini söyləyib. AZXEBER.COM-un məlumatına görə, o yarımfinaldan sonra keçirilən mətbuat konfransıda deyib: "Mən bura yalnız ölkəmi təmsil etmək üçün gəlmişəm. Azərbaycana yalnız öz işimi görmək üçün gəlmişəm. Bu gün əsas məqsədim ölkəmi müsabiqədə lazımınca təmsil etməkdir.
Loreen Azərbaycan müxalifətinin son günlər keçirdiyi akiyalar haqda isə danışmaq istəməyib. Xatırladaq ki, müğənni 2 gün öncə Media Mərkəzində keçirilən fotosərgidə iştirak etmişdi və Azərbaycanda söz, mətbuat azadlığının olmamasından danışmışdı.