İsveçrə - Azərbaycan oyununun tarixi açıqlandı

İsveçrə - Azərbaycan oyununun tarixi açıqlandı
İDMAN
14:18 28.04.2020
1381
21 yaşadək fubolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsindəki İsveçrə – Azərbaycan matçının vaxtı açıqlanıb. 

"Report"un məlumatına görə, AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında qarşılaşma bu il noyabrın 12-də keçiriləcək.

Oyunun stadionu və başlanma vaxtı barədə əlavə məlumatın veriləcəyi bildirilib. 

Qeyd edək ki, martın 26-da keçirilməli olan qarşılaşma koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı. 
OXŞAR XƏBƏRLƏR