İsveçrə prezidenti Azərbaycan xalqını təbrik etdi

İsveçrə prezidenti Azərbaycan xalqını təbrik etdi
Bütün Xəbərlər
01:24 20.10.2011
1337
İsveçrə Konfederasiyasının prezidenti Mişelin Kalmi-Rey Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi təbrik edib. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:“Zati-aliləri, Azərbaycan Respublikasının Müstəqilliyinin 20-ci ildönümü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına İsveçrə Federal Şurasının ən səmimi təbriklərini çatdırmaqdan məmnunluq duyuram. Ölkənizə rifah, əmin-amanlıq və müvəffəqiyyətlər arzu edirəm.
OXŞAR XƏBƏRLƏR