İsveçrə şirkəti Kiyevə 20-yə yaxın minatəmizləmə maşını tədarük edəcək

İsveçrə şirkəti Kiyevə 20-yə yaxın minatəmizləmə maşını tədarük edəcək
DÜNYA
18:28 08.05.2023
228
İsveçrənin "Global Clearance Solutions AG " şirkəti Kiyevə 20-yə yaxın minatəmizləmə maşını tədarük edəcək.

Bu barədə şirkətin mətbuat xidmətinin nümayəndəsi jurnalistlərə bildirib.

Qeyd olunub ki, "Global Clearance Solutions AG " İsveçrə şirkətidir, lakin istehsal müəssisələri ölkədən kənarda, Almaniyada yerləşir.

Həmçinin əlavə olunub ki, müqavilənin şərtlərinə əsasən, bu il ərzində 20-yə yaxın minatəmizləmə maşını Ukraynaya veriləcək.

"İsveçrə hökuməti bu sövdələşmədə iştirak etmir”, - şirkət rəsmisi vurğulayıb.
 
///Apa
OXŞAR XƏBƏRLƏR