İsveçrə Suriyada tərəflər arasında neytral vasitəçi kimi öz xidmətlərini təklif etməyə hazırdır.
Bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat katibi Pyer-Alen Elçinqer bildirib.
"İsveçrə maraqlı tərəflərin müraciət edəcəyi təqdirdə öz xidmətlərini təklif etməyə hazırdır və bütün tərəfləri dialoqa və sülh yolu ilə keçidə çağırır", - o qeyd edib.