İsveçrədə güclü partlayış: Ölən və yaralananlar var

İsveçrədə güclü partlayış: Ölən və yaralananlar var
DÜNYA
15:10 14.06.2024
162
İsveçrədə çoxmərtəbəli binanın dayanacağında partlayış baş verib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, partlayış ölkənin Nussbaumen şəhərindəki binanın qarajında ​​baş verib, daha sonra yanğın başlayıb.
 
Bölgəyə polis, yanğınsöndürmə və tibb qrupları sövq edilib. Bina sakinləri təxliyə edilərkən böyük təşviş yaşanıb. Yanğın sürətlə digər mərtəbələrə də keçib.
 
Məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb.
 
Binaya və park edilmiş avtomobillərə ciddi ziyan dəyib.
 
Partlayışın səbəbi hələlik məlum deyil.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR