xari

İsveçrədə telekanal əməkdaşı futbolçunu təhqir etdi

İDMAN
20:50 06.04.2021
154
İsveçrə Super Liqasının XXVII turunun "Bazel" - "Vaduts" matçındakı irqçilik qalmaqalının təfərrüatları açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, oyun vaxtı meydan sahiblərinin hücumçusu Aldo Kalulunu mikrofon vasitəsilə təhqir edənin kimliyi məlum olub.

Araşdırmalar nəticəsində həmin şəxsin görüşü canlı yayımlayan SRG telekanalının texniki işçisi olduğu üzə çıxıb. Telekanal dərhal əməkdaşı ilə müqaviləyə xitam verib.

Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

OXŞAR XƏBƏRLƏR