İsveçrənin “RSI” teleradiosunun Ağdamdan və Füzulidən hazırladığı reportajda erməni vəhşiliklərindən bəhs olunur VİDEO

İsveçrənin “RSI” teleradiosunun Ağdamdan və Füzulidən hazırladığı reportajda erməni vəhşiliklərindən bəhs olunur VİDEO
SİYASƏT
17:19 17.12.2020
771
İsveçrənin italyandilli "RSI” teleradiosunda "Dağlıq Qarabağa qayıdış” adlı reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına səfər edən telekanalın əməkdaşı Filippo Çiçu tərəfindən hazırlanmış reportajda dağıdılmış yaşayış məntəqələri nümayiş olunur. Jurnalist Ağdam və Füzuli şəhərlərinin "ruhlar məkanı”na çevrildiyini diqqətə çatdırır.

Reportajda 30 il bundan əvvəl bu ərazilərdən didərgin salınmış azərbaycanlıların tədricən öz torpaqlarına qayıdışından bəhs olunur. Həmçinin sentyabr ayından noyabr ayınadək davam edən 44 günlük müharibədən söhbət açılır.

Reportajda ötən əsrin 90-cı illərində Ermənistanın Qarabağa nəzarəti ələ keçirərək, əhalisi azərbaycanlılardan ibarət olan şəhər və kəndlərin sakinlərini qovduğu və həmin ərazilərdə hərbi postlar qurduğu bildirilir. Qeyd edilir ki, 30 illik işğal zamanı "ruhlar məkanı”na çevrilmiş bu ərazilərdə tərk edilmiş və dağıdılmış evlərin arasında özünə mövqe seçən erməni hərbçiləri burada müdafiə istehkamları qurublar. 1990-cı illərdən bəri heç də sakitləşməyən münaqişə bu ilin sentyabr ayında yenidən alovlanıb və Azərbaycan işğal altındakı ərazilərini azad edib.

Diqqətə çatdırılır ki, ötən əsrin 90-cı illərində qovulmuş azərbaycanlı köçkünlər təxminən 30 ildən sonra öz torpaqlarına geri qayıda bilərlər. Lakin burada onları dağıntılar və minalanmış ərazilər gözləyir. Həmin minalanmış ərazilər isə hazırda Azərbaycan əsgərləri tərəfindən təmizlənir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:13 11.10.2026
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
12:41 11.10.2026
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq