İt dişlədiyi üçün ölən 5 yaşlı Zeynəbin həkimi cəzalandırıldı - Araşdırma başlayıb

İt dişlədiyi üçün ölən 5 yaşlı Zeynəbin həkimi cəzalandırıldı - Araşdırma başlayıb
SOSİAL
17:01 21.08.2017
832

"Sumqayıtda it dişləməsi nəticəsində dünyasını dəyişən 5 yaşlı Zeynəbi müayinə edən həkimə şiddətli töhmət verilib”.

Bu barədə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev Lent.az-a açıqlamasında deyib.

N.Baxşəliyev bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının uşaq travmatologiya şöbəsinin işçisi Mahal Məmmədov işini düzgün təşkil etmədiyi üçün töhmət alıb: "Ailə Mahal həkimi etinasızlıqda ittiham edir. Məsələ ilə bağlı Mahal həkimin özü, çalışdığı tibb müəssisəsinin baş həkimi və şöbə müdiri ilə də müzakirə aparmışıq. Müzakirələr zamanı Mahal həkimin səhlənkarlığı və sanitar-maarif işini düzgün təşkil etmədiyi bəlli oldu. Mahal həkim uşaq xəstəxanaya gətiriləndə quduzluq əleyhinə vaksin vurulmasını təmin edib və vəzifə borcunu yerinə yetirib deyə biz ona ancaq töhmət verdik. Düzünü desəm, uşaq öləndə əvvəlcə peyvəndin vurulub-vurulmadığından şübhə etdik və bunu araşdırdıq. Vaksinin seriya nömrəsi, dozası və alındığı aptekə qədər hamısını araşdırdıq və peyvəndin həqiqətən vurulduğu təsdiqləndi.

Peyvənd vurulmasaydı, o zaman Mahal həkim barəsində cinayət işi açıla bilərdi və daha ciddi tədbirlər görərdik.  Ancaq həkimin xəstələri ilə soyuq rəftarı onun günahıdır. Ola bilər ki, ailə ilə sərt danışsın, diqqətsiz yanaşsın, qəbulunda onlara soyuq münasibət bəsləsin. Bunun xəstəliyə aidiyyatı yoxdur. Ancaq həkim uşağın temperaturunu vaxtı-vaxtında yoxlamalı idi və uşaq evə buraxılanda yerli uşaq poliklinikasına xəbərdarlıq etməli idi ki, onu nəzarətə götürsünlər. Bunları etməyib. İndi həkimə ciddi töhmət verilib və xəbərdarlıq edilib ki, xəstələrlə yaxşı ünsiyyət saxlasın, xəstəliyin mahiyyətini yaxşı izah etsin”.

N.Baxşəliyev bildirib ki, quduzluqda şübhəli bilinən xəstələrin hamısı ambulator sayıldığından 4 gün sonra Zeynəbin yaraları tam sağalıb və evə buraxılıb: "Yəni xəstənin tez evə buraxılmasında həkimin günahı yoxdur. Həkim peyvəndləri vurduraraq işini yerinə yetirib. Xəstənin quduzluqdan başqa xəstəliyə qarşı müalicəyə ehtiyacı olduğu hallarda xəstəxanada saxlanılır. Həmin xəstəxananın zədə şöbəsi var ki, ora gündə 5-6 nəfər böyüklü-kiçikli adamlar gəlir. Onlara da peyvənd vurulur və evə buraxılırlar.  Təbii ki, bu uşağın ölümü bizi çox üzdü. Xoşagəlməz bir hal oldu . İmkanımız olsaydı, uşağı ölməyə qoymazdıq. Sadəcə, o, ambulator xəstə olub və yaraları tam sağaldıqdan sonra evə buraxılıb. Bu xəstəliyin heç bir yerdə müalicəsi yoxdur  və sadəcə vaksinlə profilaktik tədbir görmək olar. Mahal həkim xəstəliyin inkişafının qarşısını almaq üçün nə isə edə bilməzdi. Vətəndaşa xidmət göstərmək həkimin borcudur. Əgər xəstəyə xidmət göstərəndə ədalətsiz davranırsa, o zaman xəstə onu məhkəməyə də verə bilər. İndi ailə polisə şikayət etmək istəyir. Normaldı. Fikirləşirlər ki, bəlkə həkimlər başqa bir şey etsəydilər, uşaq sağ qalardı”.

Quduzluğa yoluxacaq deyə qorxu içərisində olan ailə ilə bağlı məsələyə münasibət bildirən N.Baxşəliyev deyir ki, ailə də, uşağın toyda ünsiyyətdə olduğu digər şəxslər də hamısı tam nəzarətə götürülüb: "Ailə üzvlərinə üç gündən bir sxemə uyğun olaraq peyvənd vurulur. Ümumiyyətlə, onlarda quduzluğa yoluxmaq üçün böyük təhlükə ehtimalı yoxdur. Çünki onlarda dişləmə əlaməti olmayıb. Amma uşağı öpərkən ya eyni qabdan, stəkandan istifadə zamanı ağız suyundan nə isə yoluxa bilər. Buna görə peyvənd vurulur. Gigiyena mərkəzi tərəfindən toyda olan həmin insanlar müəyyənləşdirilib və peyvəndlənməsinə başlanılıb”. 

Qurum rəsmisi bildirib ki, dişləməyə məruz qalan hər kəs dərhal həkimə müraciət etməlidir: "Quduzluq itdə olan bir virus deyil. Bu virusun daşıyıcıları canavar, çaqqal, siçovullar olur və it də siçovulları yeyəndə ondan xəstələnir.  Dişləməyə məruz qalan hər kəs vaxtında həkimə müraciət etməlidir.  Ev heyvanı da dişləsə, gecikmək olmaz və gecikmiş  halda peyvəndin effekti olmur”.

Səhiyyə Nazirliyindən isə məsələ ilə bağlı bildirilib ki, fakta görə komissiya yaradılıb və hazırda hadisə barədə epidemioloji araşdırma aparılır. Araşdırmanın nəticələri ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, iyulun 31-də Sumqayıtda 5 yaşlı Zeynəbi it dişləmişdi. O, ilkin müayinədən sonra o evə göndərilmiş, lakin avqustun 17-də dünyasını dəyişmişdi. Ailəsi Zeynəbin ölümündə onu evə göndərən həkimi günahlandırır. Onlar həkim Mahal Məmmədovla bağlı prokurorluğa şikayət edəcək. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 12 kiloqram narkotik aşkarlanıb
17:31 23.06.2025
Bakıda 12 kiloqram narkotik aşkarlanıb
UFC əfsanəsi Bakıya heyran qalıb: "Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var"
17:20 23.06.2025
UFC əfsanəsi Bakıya heyran qalıb: "Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var"
Bəhruz Səmədova 15 il həbs verildi
16:53 23.06.2025
Bəhruz Səmədova 15 il həbs verildi
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
16:49 23.06.2025
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
16:45 23.06.2025
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
16:42 23.06.2025
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
Elarizin qızı məhkəməyə çağırıldı
16:37 23.06.2025
Elarizin qızı məhkəməyə çağırıldı
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
16:35 23.06.2025
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
16:35 23.06.2025
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
16:29 23.06.2025
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
16:24 23.06.2025
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
16:19 23.06.2025
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
16:16 23.06.2025
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
16:13 23.06.2025
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
16:11 23.06.2025
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
16:00 23.06.2025
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var