İt dişləyən azyaşlıların vəziyyəti açıqlandı

İt dişləyən azyaşlıların vəziyyəti açıqlandı
SOSİAL
13:30 19.05.2023
214
Abşeron rayon "Məzunlar Evi” Sosial Müəssisəsindən müxtəlif tarixlərdə it dişləməsi xəsarəti ilə (17 may və 18 may 2023-cü ildə) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilən 5 yaşlı və 3 yaşlı uşaqlara lazımı ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Bu barədə AZXEBER.COM-a Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, tibbi yardım göstərildikdən sonra 5 yaşlı uşaq başın və aşağı ətrafın dişlənmiş yarası diaqnozu ilə Uşaq cərrahiyyəsi şöbəsinə daha sonra Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Yaraları tikildikdən sonra əməliyyata ehtiyac olmayıb. 

3 yaşlı uşaq bədənin müxtəlif nahiyələrinin çox saylı dişlənmiş, cırılmış yarası, ağır kəllə-beyin travması diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra körpə Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda hər iki uşağın müalicələri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR