İt oğurlayan azərbaycanlıya 11 iş il verdilər - FOTOLAR

DÜNYA
00:05 08.10.2014
1686

Rusiyanın Tula vilayətində it oğurluğu ilə məşğul olan Azərbaycan vətəndaşına hökm oxunub.

Azərbaycan vətəndaşının başçılıq etdiyi, tərkibində bir qadın da olan it oğruları bandası ötən ilin dekabrında Tulanın Privokzalnıy rayonu ərazisində cins it yetişdirən iki qadına hücum ediblər və onu bıçaqla hədələyərək pul, qiymətli əşyalar və bahalı cins itləri tələb ediblər.

Üç nəfərdən ibarət banda qadınların zinət əşyalarını, pullarını və çixuaxua cinsindən olan tulalarını alaraq qaçıblar. Oğurlanan it balalarının qiyməti 2 milyon 162 min rubla yaxındır.

Oğurlanan it balalarını daha sonra Kalujsk vilayətində tapıblar. Banda üzvləri birinci cinayət əməlindən sonra qonşu regionda daha bir belə əməl törədiblər.

Həmin vaxt banda üzvləri cins it yetişdirən ev təsərrüfatı sahibinə hücum ediblər. Polis banda üzvlərinin izinə düşərək Moskva vilayətinin 36 yaşlı sakini olan qadını və 44 yaşlı Azərbaycan vətəndaşını həbs edib. Məlum olub ki, Azərbaycan vətəndaşı quldur basqını törətdiyi üçün axtarışda olub.

Daha sonra bandanın üçüncü üzvünü də həbs ediblər. İstintaq banda üzvlərinin it oğurluğu ilə yanaşı bir çox başqa cinayət əməllərini də törətdiyini müəyyən edib.

Banda üzvləri üzərində məhkəmə prosesi oktyabrın 7-də başa çatıb və ittiham olunanlardan ikisi təqsirlərini etiraf ediblər. Oğurlanan itlərin satışı ilə məşğul olan qadın isə ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyib. Məhkəmə bilavasitə it sahiblərinə hücum edən Azərbaycan vətəndaşının digər cinayət əməllərini də nəzərə alaraq ona 11 il həbs cəzası kəsib. Digər banda üzvlərinə, o cümlədən qadına 9 il həbs cəzası verilib.

virtualaz.org

OXŞAR XƏBƏRLƏR